Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan millisi Türkiyəli həmyaşıdları ilə birlikdə toplanış keçəcək

Azərbaycan millisi Türkiyəli həmyaşıdları ilə birlikdə toplanış keçəcək

Tarix: 14 Iyul 2024 21:26

Azərbaycanın yeniyetmə voleybolçulardan ibarət millisi təlim-məşq toplanışı üçün Türkiyənin Ankara şəhərinə yola düşüb.

Azərbaycan Voleybol Federasiyasından Milli.Az-a verilən məlumata görə, komanda qardaş ölkənin U-16 yığması ilə birlikdə toplanış keçəcək.

İyulun 18-ə kimi davam edəcək birgə təlim-məşq toplanışı çərçivəsində komandalar arasında yoxlama oyunları da təşkil olunacaq.

Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma Ankaraya 16 idmançı ilə yollanıb. Bu voleybolçular düşərgələrdə fərqlənən 13-14 yaşlı qızlardır.

Təlim-məşq toplanışında Şahin Çatmaya məşqçi Hamid Anvari kömək edəcək.

Milli.Az


Etiketlər:  Azərbaycan millisi Türkiyəli həmyaşıdları ilə birlikdə toplanış keçəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ