Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Auditor xidməti haqqında” qanununda dəyişiklik edildi

“Auditor xidməti haqqında” qanununda dəyişiklik edildi

Tarix: 17 Iyul 2024 11:21

Prezident İlham Əliyev "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, qanuna əsasən "Auditor xidməti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 7, maddə 114; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 2, maddə 138) 13-cü maddəsinin birinci hissəsinin yeddinci abzasında "tələb etdiyi hallar," sözləri ", Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində xarici ölkələrin səlahiyyətli orqanlarından daxil olan sorğuların (müraciətlərin) icrası məqsədilə qanunla müəyyən edilmiş hallarda vergi orqanlarının tələb etdiyi, habelə" sözləri ilə əvəz edilib.


Etiketlər:  Auditor xidməti haqqında qanununda dəyişiklik edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ