Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2024 23:52
Bakıda əlamətdar hadisə baş verib: Korsika, Karib hövzəsi və Yeni Kaledoniya kimi Fransa koloniyalarının müstəqilliyini müdafiə edən partiya və hərəkatları birləşdirən Beynəlxalq Azadlıq Cəbhəsi yaradılıb. Cəbhə Bakı Təşəbbüs Qrupu və Qvadelupanın Azadlığı Uğrunda Xalq Birliyinin dəstəyi ilə təşkil edilib. Konqresdə müxtəlif regionları təmsil edən və Fransadan siyasi müstəqillik əldə etmək istəyən 17 lider bir araya gəlib. Paris repressiya yolu ilə son vaxtlar adanın müstəqillik hərəkatını zəiflətməyə müvəffəq olub, lakin onun kökünü kəsə bilməyib. Forumda kaledoniyalı siyasi məhbusların yaxınları da iştirak edib.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, NEWS.ru cəbhənin Makronun repressiv maşınına qarşı hansı üsullarla müdafiə etməyi planlaşdırdığı və bu istiqamətdə Moskvanın mövqeyinin nə olduğu ilə bağlı suallara cavab verməyə çalışıb.
Cümə axşamı cəbhənin yaradılması ilə bağlı bəyannamə imzalanıb, yeni təşkilatın internet saytı fəaliyyətə başlayıb. Sənəddə Fransanın xaricdəki ərazilərində repressiv hərəkətləri və irqçi siyasəti pislənir. Qvadelupanın Azadlığı Uğrunda Xalq Birliyinin baş katibi Jan-Jakob Bisep Parisə təzyiq göstərmək və öz müqəddəratını təyinetmə hüquqlarını qorumaq üçün beynəlxalq dəstəyə ümid etdiyini açıqlayıb.
Yeni kaledoniyalı Maykl Forrest müstəqillik tərəfdarları ilə Fransa təhlükəsizlik qüvvələri arasında toqquşmaların davam etdiyi arxipelaqdakı ağır vəziyyətə diqqət çəkib. O, Parisin ədalətsiz siyasətindən əziyyət çəkən Karib və Sakit Okean xalqları ilə həmrəy olmağa çağırıb.
BTQ-nin icraçı direktoru Abbas Abbasov Yeni Kaledoniyada etirazların yatırılmasında vəhşiliyi pisləyib və siyasi məhbusların ailələrinə maddi yardım etməyə hazır olduğunu bəyan edib. O, Fransanın xarici ərazilərdə siyasətinin dəyişdirilməsi üçün beynəlxalq dəstəyin vacibliyini qeyd edib.
Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov Bakıda keçirilən forumun beynəlxalq siyasətə mühüm təsir göstərdiyini qeyd edərək müstəmləkəsizləşdirmə diskursunun genişləndirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə, bu cür tədbirlər qlobal səviyyədə müstəmləkəçilik problemlərinə diqqəti cəlb etməyə kömək edir. Onun fikrincə, bu tədbirlə Azərbaycan Fransaya "şillə" çəkib.
Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov forumun BMT və UNESCO kimi beynəlxalq təşkilatların gündəliyinə potensial təsiri kontekstində əhəmiyyətini qeyd edib. O əmindir ki, bu, müstəmləkələşdirilmiş ərazilərin gələcək müstəqilliyinə doğru atılan addımdır.