Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2019 16:15
Bakı. Elçin Mehdiyev - Trend:
Prezident İlham Əliyevin tapşırığı ilə Baş Nazir və müvafiq qurumların rəhbərləri Bibiheybətdəki sürüşmə zonasına baxış keçiriblər. Trend-in məlumatına görə, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
İ.Məmmədov vurğulayıb ki, müvafiq qurumlara zəruri ilkin tapşırıqlar verilib. Onun sözlərinə görə, təxirəsalınmaz tədbirlərin görülməsi üçün prosesə ciddi xarici və yerli mütəxəssislər cəlb edilib:
“Mütəxəssislərin vəziyyəti dərindən təhlilindən sonra qısa müddət ərzində bərpanın hansı istiqamətdə aparılacağı haqqında qərar qəbul ediləcək".
Qeyd edək ki, noyabrın 24-ü axşam saatlarında paytaxtın Bibiheybət ərazisində sürüşmə baş verib. Hadisə nəticəsində yolun asfalt qatı dağılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin