Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqların internetə çıxışı qadağan olunur - Təklif irəli sürüldü

Uşaqların internetə çıxışı qadağan olunur - Təklif irəli sürüldü

Tarix: 19 Iyul 2024 22:00

Rusiya Federasiyasının Komi Respublikasının rəhbəri Vladimir Uyba uşaqların internetə çıxışını qadağan etməyə çağırıb.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə qubernator Ailə Şurasının iclasında bildirib.

"Uşaqlar üçün internet məkanını bağlamaq məqsədiylə bizə ölkənin ali rəhbərliyinin siyasi iradəsi lazımdır" deyən Vladimir Uybanın sözlərinə görə, Sovet İttifaqında insanların xoşbəxt uşaqlığı olub, indi isə yeniyetmələr oyunlara, porno saytlara və şübhəli tanışlıqlara aludə olurlar.

"Heç kim internetdə yazışdığı şəxsin əslində kim olduğunu dəqiq bilmir. Sonra məlum olur ki, özünü oğlan və ya qız kimi təqdim edən şəxs yetkin bir dayıdır. Bu kimi hallar isə təhdid, hədə-qorxu ilə pul tələb etmə və təcavüzlə başa çatır", - deyə Komi Respublikasının rəhbəri qeyd edib.

Onun fikrincə, Rusiyada yalnız peşəkar və elmi internet qalmalıdır:

"Cəmiyyət bundan ancaq faydalanacaq, amma təəssüf ki, hələlik siyasi iradə yoxdur. Lakin biz yenə də bu təklifi irəli sürəcəyik".

Qeyd edək ki, bundan əvvəl Dövlət Dumasının bir qrup deputatı uşaqları narkotik satışına, təxribata və digər cinayətlərə cəlb etməyə görə cəzanın sərtləşdirilməsini təklif edərək, belə faktların əksəriyyətinin internetdə baş verdiyini bəyan ediblər.


Etiketlər:  Uşaqların internetə çıxışı qadağan olunur Təklif irəli sürüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ