Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təhlükəli virusa qarşı peyvəndə başlanıldı

Təhlükəli virusa qarşı peyvəndə başlanıldı

Tarix: 21 Iyul 2024 18:42

İsrail Ordusu Qəzza zolağında əməliyyatda iştirak edən quru qoşunlarının hərbçilərinin poliomielit xəstəliyinə qarşı peyvənd edilməyə başlanıldığını açıqlayıb.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, İsrail Ordusunun yaydığı açıqlamada bildirilib ki, Qəzza zolağında polimelitə yoluxma xəbərləri yayılandan sonra anklavın müxtəlif rayonlarında müvafiq testlər aparılıb və əldə olunan nəticələrə əsasən, hərbçilərin mütləq vaksinasiya olunması barədə qərar qəbul edilib.

Bununla belə, peyvənd olunmaq istəməyən əsgərdən bunu etmək tələb olunmayacaq.

Eyni zamanda İsrail Ordusu Qəzza əhalisinin peyvənd olunması üçün də müxtəlif beynəlxalq təşkilatlarla birgə çalışır.

Qeyd edək ki, "Əl-Cəzirə" telekanalı Fələstin Səhiyyə Nazirliyinə istinadən Qəzza zolağında bəzi çadır düşərgələrində poliomielit xəstəliyinin mürəkkəb formasına səbəb olan təhlükəli virus aşkar edildiyi barədə məlumat yayıb. Bu viruslar tullantı sularında və çirklənmiş sularda aşkarlanıb.

Poliomielit poliovirusun yaratdığı təhlükəli yoluxucu xəstəlikdir. Virus sinir sisteminə təsir edir, iflic və ölümə səbəb ola bilər.


Etiketlər:  Təhlükəli virusa qarşı peyvəndə başlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ