Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qurban Qurbanov qeyri-adi addım atdı'' - Rus qəzeti ''Qarabağ''dan yazdı

''Qurban Qurbanov qeyri-adi addım atdı'' - Rus qəzeti ''Qarabağ''dan yazdı

Tarix: 24 Iyul 2024 13:54

Rusiyanın nüfuzlu "Sport-ekspress" qəzeti Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Linkoln" (Cəbəllütariq) - "Qarabağ" (Azərbaycan) oyunundan (0:2) yazıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, jurnalist Andrey Kuziçev yazısında qeyd edib ki, parlaq keçən ötən Avropa mövsümündən sonra "Qarabağ" Cəbəllütariqdə qələbə qazanmağa borclu idi. 

"Digər tərəfdən, "Linkoln"u hamının döyə biləcəyi cılız oğlan da adlandırmaq olmazdı. Çünki bir il əvvəl bu komanda sensasiyalı şəkildə Konfrans Liqasının qrup mərhələsinə düşmüşdü. Təsadüfi deyil ki, Qurban Qurbanov cəbəllütariqlilərin nəticə üçün oynamaq bacarığını qeyd etdi, onları güclü komanda adlandırdı və "Bizim üçün asan olmayacaq" söylədi. 

Prinsipcə, "Qarabağ"ı uzun müddətdir çalışdıran baş məşqçinin bütün şərhləri matçın ssenarisində öz əksini tapdı. Yalnız birinci hissəyə əlavə olunmuş vaxtda, Benzianın ötürməsindən sonra Juninyonun sinəsi ilə saxlayıb vurduğu top qapıdan keçdi" - deyə yazı müəllifi bildirir. 

O, həmçinin yazıb ki, əslində bu, "Linkoln"un müdafiə xəttinin yeganə uğursuzluğu idi: "Bir də yalnız Bayramovun uzaq məsafədən mükəmməl zərbəsi sayəsində top rəqibin qapısına daxil oldu. "Qarabağ" artıq bir ayaqla növbəti mərhələdədir. Matçın sonlarında isə Qurbanov qeyri-adi addım atdı. O, eyni anda beş əvəzetmənin hamısından istifadə etdi. Bu, komandanın təzyiqinə əlavə təravət və güc qatdı (üçüncü qol olmasa belə). Amma iki qol da Bakıdakı cavab matçı öncəsi ciddi ehtiyatdır".

Xatırladaq ki, "Qarabağ" - "Linkoln" oyunu iyulun 30-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Etiketlər:  Qurban Qurbanov qeyri addım atdı qəzeti Qarabağdan yazdı


RƏYLƏR