Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səməd Səmədovun ölüm ildönümündə bunları yazdı

Səməd Səmədovun ölüm ildönümündə  bunları yazdı

Tarix: 24 Iyul 2024 14:15

Müğənni Sevda Əliqızı mərhum Xalq artisti Səməd Səmədovla bağlı paylaşım edib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı duet ortağının ölüm ildönümü olduğunu vurğulayıb. 

S.Əliqızı S.Səmədovun fotosunu yayımlayaraq "Unudulmaz dostumuz, mədəni insan, Xalq artisti, minlərlə gəncə sevinc bəxş edən Səməd Səmədovun dünyasını dəyişdiyi gündür. 3 il də belə getdi. Məkanın cənnət, ruhun şad olsun.Hər zaman qəlbimizdəsən" sözlərini yazıb.

Qeyd edək ki, S.Səmədov koronavirus infeksiyasından dünyasını dəyişib. 

Milli.Az


Etiketlər:  Səməd Səmədovun ölüm ildönümündə bunları yazdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ