Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2019 07:16
Bakı. Trend:
Çin ABŞ prezidenti Donald Tramp tərəfindən Honkonqda demokratiya və insan hüquqları barədə imzalanmasına qətiyyən qarşı çıxır.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Çinin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Amerika tərəfindən Honqkonda demokratiya və insan hüquqları haqqında qanununun imzalanması Honkonqun və Çinin daxili işlərinə ciddi müdaxilədir, beynəlxalq hüququn və beynəlxalq münasibətlərin əsas normalarının ciddi şəkildə pozulmasıdır, həmçinin açıq-aşkar hegemonluqdur. Çin hökuməti və xalqı ciddi şəkildə etiraz edir".
Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Honkonqda demokratiya və insan hüququları haqqında qanunu imzalayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin