Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Röya rəqsi ilə diqqət çəkdi - VİDEO

Röya rəqsi ilə diqqət çəkdi - VİDEO

Tarix: 26 Iyul 2024 18:35

Xalq artisti Röya Ayxan Qafqazın ən böyük musiqi festivalı "Dream Fest"in özəl qonağı olub.

Məşhur müğənni festivalın ən bahalı bilet satışı günündə böyük səhnədə çıxış edib. Pop kraliça gecəyə xüsusi hazırlaşıb, onu səhnədə "Nero" rəqs qrupu müşayiət edib. İfaçı səhnədə 3 mahnı "Zülmətəm", "Kesin bilgi" və aktyor Nicat Rəhimovla birgə "Dəli kimi" duetini səsləndirib.

Röya Ayxanın qara və narıncı rəng detallardan ibarət geyimi yerli dizayner Kamilla Babayeva imzası daşıyıb. İki hissədən ibarət səhnə geyimi ətək şort, korset və üzərində böyük ətəkdən ibarətdir. 

Estrada ulduzu çıxış zamanı böyük ətəyi əynindən çıxararaq şortla səhnə şousuna davam edib.

Milli.Az


Etiketlər:  Röya rəqsi ilə diqqət çəkdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ