Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oğuz sakini narkotiklə saxlanılıb

Oğuz sakini narkotiklə saxlanılıb

Tarix: 28 Noyabr 2019 14:00

Bakı. Trend:

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, narkotik vasitə saxlamaqda şübhəli bilinən rayonun Xaçmaz kənd sakini Kür Zakirov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 ədəd bükümdə 9,36 qr narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Davam etdirilən əməliyyat tədbirləri ilə K.Zakirovun idarə etdiyi “VAZ 2106” markalı avtomobilə baxış keçirilən zaman sellofan torbada 440 qr qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Oğuz sakini narkotiklə saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ