Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2024 08:58
"Zirə"ni təbrik edirəm. Onlara növbəti mərhələdə uğurlar arzulayıram".
Sonxeber.net xəbər verir ki, bu sözləri "DAK 1904"ün baş məşqçisi Xisko Munyoz Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"yə uduzduqları cavab oyundan (1:2) sonra təşkil olunan mətbuat konfransında deyib.
O, bugünkü matçda aldıqları qırmızı vərəqənin oyunun qırılma nöqtəsi olduğunu bildirib: "Bizdən fərqli olaraq rəqib anlaşma daha yüksək səviyyədə idi. Ümumiyyətlə, bir çox şey "Zirə"də daha yaxşı alınırdı. Bugünkü matçda qırmızı vərəqə almağımız qırılma nöqtəsi oldu. Halbuki hesabı bərabərləşdirmişdik, ikinci qolu da vura bilərdik".
X.Munyoz rəqibin gücünə bələd olduqlarını söyləyib: "Zirə"ni hərtərəfli analiz etmişdik. Nəyə qadir olduqlarını bilirdik. Elə meydanda da gözlədiyimiz "Zirə"ni gördük".