Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2019 16:24
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin ən yaxşı oyun qurucularının adlarını açıqlayıb.
Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, siyahının ilk pilləsində "Barselona"nın futbolçusu Lionel Messi yer alıb. Kevin de Brüyne ("Mançester Siti") ikinci, Eden Hazard ("Real") üçüncü olub.
1. Lionel Messi ("Barselona") – 299 xal
2. Kevin De Brüyne ("Mançester Siti") – 85
3. Eden Hazard ("Çelsi" / "Real") – 55
4. Roberto Firmino ("Liverpul") – 46
5. Bernard Silva ("Mançester Siti") – 32
6. Duşan Tadiç ("Ayaks") – 30
7. Frenki de Yonq ("Ayaks" / "Barselona") – 25
8. Kristian Eriksen ("Tottenhem") – 21
9. Antuan Qrizmann ("Atletiko" / "Barselona") – 20
10. Corcino Veynaldum ("Liverpul") – 17