Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2024 13:42
Amerikalı aktyor Tom Kruz Parisdə Olimpiya Oyunlarının bağlanış mərasimində iştirak edəcək.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Hollivud ulduzu Olimpiya estafetinin 2028-ci il Yay Oyunlarına ev sahibliyi edən Los-Ancelesə ötürülməsi səhnəsində görünəcək. Onun dəqiq hansı rolu oynayacağı dəqiqləşdirilməyib.
Qeyd edək ki, Kruz əvvəllər bir dəfə Olimpiya yarışlarında iştirak edib. O, 2004-cü ildə Afina Olimpiadasının açılışından əvvəl Los-Anceles ərazisində Olimpiya məşəlini daşıyıb.