Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2024 10:42
Qovrulmuş fındıqların faydaları sayəsində həm damağınızı zənginləşdirmək, eyni zamanda sağlamlığınızı təsirli şəkildə qorumaq mümkündür.
Sonxeber.net xəbər verir ki, saglamolun.az saytı bunu araşdırıb:
- Mütəmadi olaraq qovrulmuş fındıq istifadə edən insanlar zamanla bədən funksiyalarının daha yaxşı işlədiyini və sağlamlıqlarına müsbət təsir etdiyini asanlıqla görə bilərlər.
- Qovrulmuş fındıqların tərkibindəki yüksək qida dəyəri insanlarda ürək sağlamlığının qorunmasında təsirli olur.
- Tərkibində doymamış yağ turşuları olan qovrulmuş fındıq bu tərkibi sayəsində xolesterin səviyyəsini balanslı saxlamağa kömək edir.
- Tərkibində yüksək miqdarda lif olan qovrulmuş fındıq həzm sistemini balanslı saxlayır. Bu sayədə ishal və ya qəbizlik problemi olan insanlar qısa müddətdə bu problemi effektiv şəkildə həll edə bilərlər.
- Tərkibində antioksidanlar olan qovrulmuş fındıq hüceyrə sağlamlığına müsbət təsir edir.
- Qovrulmuş fındıq tərkibindəki vitamin dəyərləri sayəsində gün ərzində enerjili və fit qalmağınıza kömək edir.
- Qovrulmuş fındıq sümük inkişafında təsirli olduğu kimi əzələlərin inkişafına da təsirlidir.