Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2019 19:09
Bakı. Samir Əli - Trend:
Şamaxıda mağaza satıcısı həmyerlisini tüfənglə vurub.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 27-də saat 19 radələrində Şamaxı şəhəri ərazisindəki “Ovçu” mağazalarının birinin satıcısı işləyən V.Əsgərovun həmin məkanda münaqişə zəminində tüfəngdən atəş açaraq həmyerlisi, əvvəllər məhkum olunmuş Ş.Hacıyevin döş nahiyəsinə və sol əlinə xəsarət yetirməsi barədə Şamaxı Rayon Polis Şöbəsinə məlumat daxil olub.
V.Əsgərov polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisə törədilərkən istifadə edilən “Oskar” markalı ov tüfəngi ondan götürülüb.
Şamaxı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin