Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2024 18:30
Ukrayna Prezidenti Vladimir Zelenski hərbi vəziyyət və ümumi səfərbərlik müddətinin yenidən uzadılması barədə qanun imzalayıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə məlumat ölkə parlamentinin rəsmi saytında dərc edilib.
Yeni qanuna görə, Ukraynada səfərbərlik daha 90 gün müddətinə uzadılıb.
Qeyd edək ki, Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik 2022-ci il fevralın 24-dən etibarən tətbiq olunub və müddəti mütəmadi olaraq uzadılıb. Bundan əvvəl V.Zelenski ölkədə ümumi səfərbərlik və hərbi vəziyyətin 2024-cü il avqustun 11-dək uzadılmasını nəzərdə tutan qanun imzalamışdı.