Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2024 09:06
Livanın "Hizbullah" hərəkatı İranın addımlarından asılı olmayaraq yaxın günlərdə İsrailə zərbələr endirə bilər.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə CNN televiziya şirkəti kəşfiyyat məlumatları ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin fikrincə, "Hizbullah" İsrailə qarşı əməliyyat keçirmək baxımından İrandan daha yaxındadır, ona görə də qısa müddət ərzində hücum edə biləcək.
Öz növbəsində İran hələ də cavab tədbirləri hazırlayır və onlar ABŞ-ın genişmiqyaslı hücumu ilə bağlı gözləntilərini doğrultmur.
Mənbələr həmçinin "CNN"ə bildiriblər ki, hərəkat İrandan fərqli olaraq İsraillə ortaq sərhədi olması səbəbindən xəbərdarlıq etmədən zərbə endirə bilər.