Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2024 16:00
ABŞ Prezidenti Co Bayden Donald Trampın noyabrda keçiriləcək prezident seçkilərində uduzacağı təqdirdə hakimiyyətin dinc yolla dəyişəcəyinə inanmadığını bildirib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Bayden "CBS Nyus"a verdiyi müsahibədə deyib.
Bayden bildirib ki, Tramp uduzsa, ciddi mübarizə aparacaq:
"O, dediyini tam olaraq nəzərdə tutur. Biz onu ciddi qəbul etmirik. Lakin o, uduzduğu təqdirdə qanlı qarşıdurma haqqında sözlərində ciddidir".
Bayden həmçinin xəbərdarlıq edib ki, Tramp 2020-ci ildə olduğu kimi, noyabrda da seçki nəticələrinə yenidən etiraz etməyə hazırlaşır.