Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lalə onu qınayanların cavabını verdi - FOTO

Lalə onu qınayanların  cavabını verdi - FOTO

Tarix: 14 Avqust 2024 18:50

Əməkdar artist Lalə Məmmədova izləyicilərinin suallarını cavablandırıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni ona ünvanlanan tənqidlərə münasibətini bildirib.

"Sağlam və əsaslı tənqidlərə açığam. Zatən bu olmasa, doğru inkişaf gedə bilməz. Ancaq həyatı boyu daşı-daş üstünə qoymayan, olduğu yerdən zəhməti, savadı ilə bir yerlərə gəlib çatmayanların səfeh yazılarını görmürəm. Çünki ciddi insan belə işlərə vaxt tapmır. Tapanlar isə göz qabağındadır. Ağızdan, qələmdən çıxan söz sahibindən xəbər verir. 

Çünki içi boş insanlar nə və nəyə "qadir olduqlarını" bilirlər. Komplekslərini gizlətmək üçün eqo və təkəbbür köməklərinə gəlir. Kimi aldada bilsən də sənəti aldatmaq olmur. Gec-tez pərdələr enəcək və işıqlar yanacaq" deyə, L.Məmmədova yazıb.


Etiketlər:  Lalə qınayanların cavabını verdi FOTO


RƏYLƏR