Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2024 22:56
Rusiya millisinin Braziliya əsilli sabiq hücumçusu Ari Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) qarşısında tələblə çıxış edib.
Sonxeber.net teleqraf.com-a istinadən xəbər verir ki, fubolçu Rusiyanın beynəlxalq arenaya qaytarılmasını tələb edib.
"Mən Canni İnfantino olsaydım, bu gün Rusiyanı geri qaytarardım. Ona görə də FİFA və UEFA prezidentlərinə müraciət edirəm - bu gün Rusiyanı geri qaytarın!" - o deyib. O, hər şeyə siyasətin qarışmasından şikayətlənib.
Onun fikrincə, avropalılar da Rusiyanın qayıtmasını çox səbirsizliklə gözləyirlər. "İdman belə böyük ölkə olmadan mövcud ola bilməz. Rusiya həm maliyyə, həm də idman üçün lazımdır", - deyən Ari Rusiyanın geri dönüşünün həm idmançılar, həm də turizm üçün faydalı olacağını qeyd edib.