Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2019 11:27
Bakı. Trend:
Narkotik vasitənin təsiri altında Bakıdan Astaraya sərnişin daşıyan avtobus sürücüsü saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında rayon ərazisində Bakı-Astara marşrutu üzrə işləyən, Salyan şəhər sakini Ədalət Əliyevin idarə etdiyi “Temza” markalı, 10-TG-546 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu saxlanılıb.
Sürücü Ədalət Əliyev tibbi müayinəyə dəvət edilib. Müayinə zamanı Ə.Əliyevin sərnişin dolu avtobusu narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən olub.
Astara RPŞ-yə gətirilən Ə.Əliyevin üzərinə keçirilən baxış zamanı bir bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Astara Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin