Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu qidaları soyudulmuş halda yeyin - SƏBƏB

Bu qidaları soyudulmuş halda yeyin - SƏBƏB

Tarix: 22 Avqust 2024 07:48

Kartof, düyü və makaron kimi qidalar necə hazırlandıqlarına və istehlak edildiyinə görə bədənə fərqli təsir göstərə bilər. 

Milli.Az lent.az-a istinadən bildirir ki,bmütəxəssislər maksimum fayda əldə etmək üçün bu qidaları soyudulmuş halda yeməyi məsləhət görürlər.

Bişmiş və şirin kartof, düyü və ya makaron soyudulursa, davamlı nişasta əmələ gəlir. Soyuduqdan sonra onları istəyə görə yenidən qızdırmaq olar.

Davamlı nişastanın üstünlükləri:

Lipid mübadiləsinə müsbət təsir edərək arıqlamağa kömək edir.

Bağırsaq mikrobiomunu dəstəkləyir, patogen bakteriyaların böyüməsini maneə törədir.

Qan şəkərinin səviyyəsini tənzimləyir və hüceyrələrin insulinə həssaslığını artırır.

Bağırsaqlarda mineralların sorulmasını yaxşılaşdırır.

Bağırsaq selikli qişasının hüceyrələrini qidalandıraraq immuniteti artırır (burada immun hüceyrələrin çoxu yerləşir).

Bağırsaq hərəkətliliyini yaxşılaşdırır.

Milli.Az


Etiketlər:  qidaları soyudulmuş halda yeyin SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ