Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2019 15:28
Bakı.İlhamə İsabalayeva - Trend:
Turizm polisi ilk olaraq Bakıda fəaliyyət göstərəcək. Trend-in məlumatına görə, Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.
Onun sözlərinə görə, turizm polisinin yaradılması Turizm Agentliyi və Daxili Işlər Nazirliyi ilə birlikdə müzakirə olunur:
"Turizm polisi böyük bir layihənin tərkib hissəsidir. Əslində, bu, turistlərə dəstək olan bir neçə dövlət qurumları tərəfindən vahid xidmətin göstərilməsidir. Bu da öz növbəsində turistlərin Azərbaycanda dövlət qurumları ilə əlaqəsi asanlaşmasına , onlara xidmət vahid bir mərkəzdən həyata keçirilməsinə yardım edəcək".
K.Quluzadə əlavə edib ki, artıq turizm polisinin yaradılması ilə bağlı müəyyən razılıqlar əldə olunub:
"Artıq müəyyən razılıqlar əldə olunub ki, turizm polisinin geyimi necə olacaq, hansı ərazilərdə fəaliyyət göstərəcək, hansı treninqlərdən keçiriləcəklər. Əlbəttə ki, turizm polisləri xüsusi treninqlərdən keçmiş şəxslər olacaqlar. Turizm polisi bir neçə dil bilən şəxslər olacaqlar".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin