Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2024 16:40
"Bizdə Cennifer Lopes obrazı var idi. Onu da Coşqun canlandırırdı. Coşqunun ayağına obraza uyğun ayaqqabı tapa bilmirdik".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "Bu şəhərdə"nin ssenaristi Müşviq Abbasov Əməkdar artist Coşqun Rəhimovla bağlı danışarkən deyib. "Şən gənc" verilişinə qonaq olan Abbasov aktyorun obrazı ilə bağlı etiraf edib:
"Cenniferin ağ uzun çəkməsindən tapa bilmirdik. Tapdıqlarımız ayağına olmurdu. Aldıq və içini soyduq, bir ölçü böyütdürdük. Coşqun onu bir dəfə geyindi və sonra tulladıq. Yararsız hala düşmüşdü".