Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2024 21:28
Moskva vilayətində xarici avtomobildə olan 4 nəfər toy avtobusuna hücum edib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı yazır.
Silahlı şəxslər avtobusun şüşələrini sındıraraq atəş açıblar.
Hadisə şahidləri bildirirlər ki, həmin şəxslər toy karvanını travmatik silahlardan atəşə tutublar və hadisə yerindən qaçıblar. Hücum edən 4 nəfər Talsinskaya küçəsindəki qəlyan barında dincələn zaman saxlanılıb.
Onların hücumda istifadə etdikləri xarici avtomobil də tapılıb. İstintaq Komitəsi silahlı hücumla bağlı cinayət işi açıb.