Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden Qəzza ilə bağlı danışıqlarda iştirak edənlərin razılığa gəldiyini açıqlayıb

Bayden Qəzza ilə bağlı danışıqlarda iştirak edənlərin razılığa gəldiyini açıqlayıb

Tarix: 1 Sentyabr 2024 07:24

Qəzza zolağında atəşkəs rejiminin tətbiqi və Fələstinin radikal "HƏMAS" hərəkatının saxladığı girovların azad edilməsi ilə bağlı beynəlxalq məsləhətləşmələrin iştirakçıları mümkün sazişlə bağlı prinsipial razılıq əldə ediblər.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ABŞ prezidenti Cozef Bayden bildirib.

"Düşünürük ki, biz sövdələşmə bağlaya bilərik, onların (tərəflər - Qeyd) hamısı sazişin prinsipləri ilə razılaşdıqlarını bildiriblər", - deyə o qeyd edib.

Bayden konsultasiya iştirakçılarının görüşü davam edərkən nikbin olduğunu da əlavə edib: "Bu müharibəni bitirməyin vaxtıdır. Düşünürəm ki, biz razılaşma ərəfəsindəyik".

Milli.Az


Etiketlər:  Bayden Qəzza ilə bağlı danışıqlarda iştirak edənlərin razılığa gəldiyini açıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ