Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2024 06:56
Qəzza zolağında 72 mindən çox uşaq poliomielit əleyhinə peyvənd olunub.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, peyvənd, xüsusən də Qəzzanın mərkəzindəki Nuseyrat düşərgəsində başlayıb.
Xatırladaq ki, avqustun 16-da Qəzza zolağında 10 aylıq körpədə ilk təsdiqlənmiş poliomielit xəstəliyi qeydə alınıb.