Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan baş nazirinin mətbuat konfransında həqiqəti əks etdirməyən fikirlər səsləndirildi - Ceyhun Bayramov

Ermənistan baş nazirinin mətbuat konfransında həqiqəti əks etdirməyən fikirlər səsləndirildi - Ceyhun Bayramov

Tarix: 2 Sentyabr 2024 13:36

Şənbə günü Ermənistan baş nazirinin keçirdiyi mətbuat konfransında həqiqəti əks etdirməyən fikirlər səsləndirildi.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Serbiya xarici işlər naziri Marko Curiçlə birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan sülh sazişisi üzrə növbəti versiyasını 24 iyun tarixində təqdim edib.

"Ermənistan isə baş nazirin şənbə günü keçirilən mətbuat konfrasından bir neçə saat öncə yeni versiyasını Azərbaycana təqdim etdi. Saziş layihəsi üzrə danışıqlar 2 ilə yaxındır davam edir. Bu müddət ərzində olduqca böyük irəliləyiş əldə olunub. Sazişin imzalanmasını mümkünsüz edə biləcək əlavə meyarlar mövcuddur. Bunlardan ən önəmlisi Ermənistanın qonşularına qarşı ərazi iddialarından əl çəkməməsidir. Bu, qəbuledilməzdir.

Sülh danışığı üzrə proseslər davam etdikdə bu əsas məsələnin həlli vacibdir. Həmin zaman Ermənistan Azərbaycan konstitusiyası ilə bağlı məsələ qaldırmırdı. Ermənistan artıq başa düşdü ki, bu məsələni görməzdən gəlmək mümkün olmayacaq. Bu zaman başladılar deməyə ki, Azərbaycan konstitutiyasında da belə məsələ var. Amma bu həqiqət deyil. Azərbaycanın heç bir dövlətə qarşı ərazi iddiası yoxdur", - deyə o bildirib.

Milli.Az


Etiketlər:  Ermənistan baş nazirinin mətbuat konfransında həqiqəti əks etdirməyən fikirlər səsləndirildi Ceyhun Bayramov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ