Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2024 15:30
Aşıq Ulduz Sönməzin müğənni qızı Sədaqət Ulduzun əkiz övladları dünyaya gəlib.
Sonxeber.net demokrat.az-a istinadən bildirir ki, o, bu barədə "İnstagram" hesabında paylaşım edib.
"Bu paylaşım üçün nə yazacağımı bilmirəm. Çünki yazacağım sözlər hisslərimi tam ifadə etməyəcək. Bu duyğunu mənə yaşatdığı üçün Allahıma sonsuz təşəkkürümü bildirirəm", - deyə o, paylaşımında qeyd edib.
Qeyd edək ki, Sədaqət 2019-cu ildə ailə qurub. Onun Bakıdakı toyu bəysiz baş tutub.