Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Deyirdi ki, anamın iyini səndən alıram”- Fədayə Laçın övladlığa uşaq götürüb?

“Deyirdi ki, anamın iyini səndən alıram”- Fədayə Laçın övladlığa uşaq götürüb?

Tarix: 4 Sentyabr 2024 12:20

Sosial şəbəkələrdə tanınmış müğənni Fədayə Laçının illər öncə övladlığa uşaq götürməsi ilə bağlı məlumatlar yayılıb. Xəbərin nə dərəcədə doğru olub-olmadığını dəqiqləşdirmək üçün müğənni ilə əlaqə saxladıq.

Sonxeber.net bildirir ki, moderator.az-a özəl açıqlama verən məşhur bu mövzu haqda çox danışmaq istəməsə də, müəyyən məsələlərə aydınlıq gətirib.
 
"Mən bu mövzu haqda qətiyyən danışmaq istəməzdim. Xəzər tv-də yayımlanan "Xəzər axşamı" verilişində sən demə məndən xəbərsiz o uşaqdan da müsahibə almışdılar. Səsini efirə verəndə eşidib şok oldum. Həqiqətən də xəbərim yox idi. Həmin oğlan qohumumuzdur. Anamın xalasının nəticəsidir. İllər öncə atası rəhmətə getmişdi, daha sonra taley elə gətirdi ki, anası da rəhmətə getdi. Oğlumla uşaqlıqdan dost idilər. 3 yaşlarından o qədər mehriban idilər ki.. İndinin özünə qədər də qardaşdılar. Amma onu sənədlə adıma keçirməmişəm. Bizə gəlib, qalırdı, gedirdi. Mən də təklif etdim ki, elə bizdə qalsın. Bir neçə il qaldı da" deyə müğənni bildirib.
Fədayə Laçın bildirib ki, sözügedən uşaq hazırda ailə həyatı qurub.
 
"O uşaq mənə deyir ki, anamın iyini səndən alıram. Çox utancaq uşaq idi. Mənə hər şeyi deyə bilmirdi. Amma mən özüm oğlum Əlhəmə necə baxırdımsa, ona da elə baxırdım. Hətta yadımdadır ki, biz bir evdə qalırdıq. Orada otaqda ayrı-ayrı tək adamlıq çarpayılar var idi. Çarpayının da öz döşəyi var idi. Mənim də evimdə 15 kiloluq döşək var idi. Həmin döşəyi də həmişə Əlhəm üçün açırdım. O uşaq bizdə yaşayandan sonra mən həmin döşəyi Əlhəmin altından götürdüm. İstəmirdim ki, ayrı-seçkilik salım. Bu dərəcədə mən ona həssas yanaşmışam. O oğlumdan da çox razıyam. Əlhəm kimi uşaqdır. Çox mədənidir. O da məndən razıdır. İndi o evlənib, iki uşağı da var. Belə çıxır ki, mənim iki nəvəm var. Ara-sıra nəvələrimi görürəm. Görüşə bilməsək də telefonla danışırıq" deyə sənətçi bildirib.


Etiketlər:  Deyirdi anamın iyini səndən alıram Fədayə Laçın övladlığa uşaq götürüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ