Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Soyuducu ilə zəng etmək mümkün olacaq - Yenilik

Soyuducu ilə zəng etmək mümkün olacaq - Yenilik

Tarix: 5 Sentyabr 2024 18:56

"Samsung" Berlində keçirilən "IFA 2024" çərçivəsində bütün məişət cihazlarını ağıllı edəcək yenilikləri açıqlayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, şirkətin "Smart Forward" adlı yeni layihəsində insanlar evdəki cihazlarla zəng edə biləcəklər.

"Samsung"un Proqram Təminatının İnkişafı Qrupunun vitse-prezidenti Miyoung Yoo qeyd edib ki, yenilik Araşdırma ve İnkişaf (Ar-Ge) layihəsinin bəhrəsidir:

"Soyuducu ilə zəng etmək mümkün olacaq. Bu, insanlar tərəfindən maraqla qarşılanıb. Bu funksiyaya sahib olan istifadəçilər soyuducudakı ekran və cihazdakı dinamiklə danışa biləcəklər. Yenilik ev işləri zamanı rahatlıq təmin etmək məqsədi daşıyır".

Milli.Az


Etiketlər:  Soyuducu ilə zəng etmək mümkün olacaq Yenilik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ