Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2024 00:32
Qazaxıstanın Kiyevdəki səfirliyi həmvətənlərinə Ukrayna ərazisini tərk etmək imkanını nəzərdən keçirməyi tövsiyə edib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, səfirlik müraciətini gərginliyin artması ilə izah edib.
"Qazaxıstan vətəndaşları Ukraynadan Qazaxıstana getmək üçün quru marşrutlardan - Polşa və ya Moldovadan keçməklə kommersiya hava yolundan istifadə edə bilərlər", - məlumatda bildirilib.
Polşa ərazisindən gedən Qazaxıstan vətəndaşlarının Şengen vizası olmalıdır. Moldovaya daxil olmaq üçün vizaya ehtiyac yoxdur.
Səfirlik həmçinin bütün vətəndaşları hava hücumu xəbərdarlığına etinasızlıq göstərməməyə və dərhal sığınacaqlara getməyə çağırıb.