Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əlilliyi olan şəxslərin kiçik biznes qurmalarına dəstək proqramı çərçivəsində daha 400 nəfər üçün təlimlər başladı

Əlilliyi olan şəxslərin kiçik biznes qurmalarına dəstək proqramı çərçivəsində daha 400 nəfər üçün təlimlər başladı

Tarix: 30 Noyabr 2019 12:15

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramının “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” adlı birgə layihəsi çərçivəsində daha 400 nəfər əlilliyi olan şəxsin kiçik biznes qurmalarına dəstək proqramı çərçivəsində növbəti təlimlər başlayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 7 rayonda – Şamaxı, Göyçay, Şəmkir, Bərdə, Gəncə, Mingəçevir və Füzuli rayonundan seçilən iştirakçılara özünüməşğulluq fəaliyyəti çərçivəsində özlərinə dayanıqlı biznes qurmaları üçün zəruri biliklər öyrədilir. Dekabr ayında təlimlər tam olaraq yekunlaşdırılacaq.

Qeyd edək ki, layihənin icrası üçün pilot olaraq 12 rayon və şəhər müəyyən edilib. İlkin mərhələdə həmin şəhər və rayonlar üzrə məşğulluq orqanlarında qeydiyyata alınmış əlilliyi olan şəxslər arasından kiçik biznesini qurmaq üçün potensialları olan 700 nəfər seçilərək təlimlərə cəlb edilir. Təlimləri uğurla bitirən və biznes ideyası müsbət hesab edilən 500 nəfərə kiçik müəssisələrini yaratmaq üçün mal və materiallar formasında dəstək göstəriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Əlilliyi olan şəxslərin kiçik biznes qurmalarına dəstək proqramı çərçivəsində daha nəfər üçün təlimlər başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ