Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2024 12:54
Türkiyədə çirkli pulların yuyulması, vergi qanununun pozulması, qanunsuz mərc və şans oyunlarında iştirakda günahlandırılaraq həbs olunan sosial media fenomeni Engin Polad təxliyə edilib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.
Məlumata görə, Engin Poladla bərabər daha 3 şəxs barəsində təxliyə qərarı verilib.
Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də sosial şəbəkə fenomeni Dilan Polad və həyat yoldaşı Engin Polad, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşad Polad daxil olmaqla 24 nəfər saxlanılıb. Məhkəmə avqustun 19-da Dilan Poladın istintaq müddətində sərbəst buraxılmasına qərar vermişdi.