Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2019 12:30
Bakı. Samir Əli - Trend:
Bu il keçiriləcək bələdiyyə seçkilərində 13 siyasi partiya iştirak edir.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, prosesdə həmin siyasi partiyaların namizədləri qeydiyyata alınıb:
"Seçkilərə qatılan və qeydə alınan namizədlərin təxminən üçdə biri siyasi partiyaların namizədləridir. Seçkilərdə siyasi partiyaların fəallığı bizi sevindirir. Hesab edirəm ki, bu çox yaxşı göstəricidir".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin