Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Tehranı “qıcıqlandırmaq” istəmir - NYT

ABŞ Tehranı “qıcıqlandırmaq” istəmir - NYT

Tarix: 8 Sentyabr 2024 09:28

İran çox güman ki, Rusiyaya bir neçə yüz yaxın mənzilli ballistik raket verib. Ağ Evin hədələyici bəyanatlarına baxmayaraq, ABŞ-ın bu hadisəyə reaksiyası çox güman ki, ləng olacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Nyu York Tayms" məlumat yayıb.

Məlumata görə, G7 ölkələri hələ mart ayında İranın ruslara raket ötürəcəyi təqdirdə ona qarşı razılaşdırılmış sanksiyalar tətbiq edəcəkləri barədə xəbərdarlıq etmişdilər. Bu xəbərdarlıq iyulda NATO-nun Vaşinqtonda keçirilən sammitində də təkrarlanıb.

Lakin təhdidlərə baxmayaraq, Prezident Co Baydenin təmkinli olmaq üçün bir çox səbəbi var. Məsələn, ABŞ Qəzzadakı müharibənin regional münaqişəyə çevrilməsinin qarşısını almaq üçün aylardır İranla balanslı diplomatiya aparır. Vaşinqton Tehranla onsuz da çətin olan münasibətləri, xüsusən də ABŞ seçkiləri fonunda, pisləşdirmək istəmir.

Milli.Az


Etiketlər:  ABŞ Tehranı qıcıqlandırmaq istəmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ