Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2024 09:44
Yaponiyanın ən yaşlı kişisi Vakui Tomisaburo 110 yaşında dünyasını dəyişib.
Sonxeber.net bildirir ki, bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, 1913-cü il noyabrın 28-də anadan olan Vakui paytaxt Tokio yaxınlığındakı Atsugi şəhərində vəfat edib. Lakin onun ölümünün dəqiq vaxtı və səbəbi ailəvi məsələlərə görə açıqlanmır.
Qeyd edək ki, Vakuinin sələfləri olan Nakamura Şigeki 2022-ci ilin noyabrında 111 yaşında Xirosimada, Sonobe Gisaburo isə 2024-cü ilin martında 112 yaşında Çibada vəfat edib.
Xatırladaq ki, Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi 2024-cü ilin aprel ayında verdiyi açıqlamada Vakui Tomisaburonun "Yaponiyanın ən yaşlı kişisi" olduğunu elan edib.
Vakui müasir Yapon tarixində Taişo, Şova, Heisei və Reiva olmaqla dörd imperator dövründə yaşayıb.