Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rafael Ağayev ilk görüşdəcə məğlub oldu

Rafael Ağayev ilk görüşdəcə məğlub oldu

Tarix: 30 Noyabr 2019 16:20

İspaniyanın paytaxtı Madriddə karate üzrə Premyer Liqa yarışı start götürüb.

Qol.az xəbər verir ki, Azərbaycanı bu turnirdə 17 idmançı təmsil edir.

Yarışın ilk günündə tatami üzərinə çıxan 6 karateçimizdən yalnız qadın millimizin üzvü Nuranə Əliyeva (-50 kq) bürünc medal uğrunda görüşə çıxmaq hüququ əldə edib.

Komandamızın lideri Rafael Ağayev (-75 kq) ilk görüşündəcə serbiyalı Lyubişa Mariçə (0:2), eləcə də digər idmançılarımız - Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi -67 kq) və İlahə Qasımova (-55 kq) məğlub olaraq mübarizəni erkən dayandırıblar.

 


Etiketlər:  Rafael Ağayev görüşdəcə məğlub oldu


RƏYLƏR