Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2024 18:42
Ermənistan Silahlı Qüvvələrinin yenidən təchiz olunması məqsədi ilə hökumət (Sərkisyan hökuməti - red.) 2500-ə yaxın pilotsuz uçuş aparatının (PUA) alınması üçün plan hazırlamışdı.
Sonxeber.net Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif "Şərəfim var" fraksiyasının deputatı, keçmiş prezident Serj Sərkisyanın adamlarından hesab olunan Ayk Mamicanyan deyib.
Onun sözlərinə görə, sözügedən PUA-ların yarısının 2020-ci ildə İrəvana təhvil verilməsi planlaşdırılıb:
"Hamısı Ermənistan ordusuna təqdim ediləcəkdi. Sonra Nikol Paşinyan ordunun silahlanma planında anidən və naməlum səbəbdən dəyişiklik etdi. O, PUA-ların əvəzinə II Qarabağda müharibəsində istifadə olunmayan SU-30 qırıcılarını aldı. Əgər Paşinyan xalqdan üzr istəyirsə, buna görə istəsin".
Qeyd edək ki, N.Paşinyan erməni xalqının "Real Ermənistan" ideyasını seçdiyini bildirib. O, müxalifətin uzun illər erməniləri tarixə bağlı yaşamağa məcbur etdiyini deyərək üzr istəyib.