Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2024 20:06
İsrail hökuməti Beyrutun Dahiyə məhəlləsində "Hizbullah" tərəfindən istifadə edildiyi deyilən portativ rabitə qurğularının partlaması ilə bağlı təcili toplanıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Times of İsrael" məlumat yayıb.
Qeyd olunub ki, iclas Baş nazir Benyamin Netenyahunun rəhbərliyi ilə keçirilir.
Görüşdə ölkənin müdafiə naziri Yoav Qalant və digər yüksəkvəzifəli şəxslər iştirak edirlər.
Məlumat üçün deyək ki, partlayış nəticəsində 5 nəfərin həlak olub, 1500-dən çox yaralı var.