Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Livanda bu dəfə mobil telefonlar partladıldı - 3 nəfər ölüb, yaralı var

Livanda bu dəfə mobil telefonlar partladıldı - 3 nəfər ölüb, yaralı var

Tarix: 18 Sentyabr 2024 19:02

Livanda rabitə cihazlarının yeni partlayışları barədə məlumat yayılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Livan mediası bildirir.

Jurnalistlərin məlumatına görə, Beyrut da daxil olmaqla Livanda partlayışlar baş verir. Ancaq bu dəfə mobil telefonlar və avtomobil radioları kimi digər cihazlar partlayır.

Partlayış səsləri yaşayış binalarında da eşidilir.

İlkin məlumata görə, insidentlər nəticəsində azı yüz nəfər xəsarət alıb. Üç nəfərin həlak olduğu qeyd olunub.

Milli.Az


Etiketlər:  Livanda dəfə mobil telefonlar partladıldı nəfər ölüb yaralı


RƏYLƏR