Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qurban Qurbanov: ''Neftçi'' ilə matçda vacib qələbə əldə etdik

Qurban Qurbanov: ''Neftçi'' ilə matçda vacib qələbə əldə etdik

Tarix: 20 Sentyabr 2024 22:58

Vacib qələbə əldə etdik.

Sonxeber.net xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə 4:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın VII tur matçından sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis çox yaxşı komandaya qarşı oynadıqlarını bildirib: "Rəqibin son nəticələrinə baxdıqda, çox ciddi hazırlaşacaqlarını bilirdik. Bunu meydanda hiss etdik. İlk hissədə üç qol vursaq da, fasiləyə yaxın daha çox hücum edən tərəf idilər. İkinci yarıda riskə getdilər. Xeyli çətinliklər çəkdik. Nəticə çox vacib idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Mədəni formada yaxşı azarkeşlik oldu. "Neftçi"yə və Roman Qriqorçuka uğurlar arzulayıram".


Etiketlər:  Qurban Qurbanov Neftçi ilə matçda vacib qələbə əldə etdik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ