Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayramov BMT Baş Assambleyasının iclasında - FOTO

Bayramov BMT Baş Assambleyasının iclasında - FOTO

Tarix: 23 Sentyabr 2024 20:18

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində "Silahlı münaqişələr zamanı mülki əhalinin müdafiəsi: Fələstin xalqı ilə həmrəylik" mövzusunda təşkil olunmuş Qoşulmama Hərəkatının Nazirlər iclasında iştirak edib.

Milli.Az xəbər verir ki, bu barədə Bayramov rəsmi "X" hesabında paylaşım edib.

İclasda Qoşulmama Hərəkatının beynəlxalq münasibətlərdə ədalətin və qanunun aliliyinin həqiqi müdafiəçisi kimi rolu vurğulanıb:

"Qlobal sülh və rifahın əsl tərəfdarı kimi Qoşulmama Hərəkatının səylərini dəstəkləməklə yanaşı, Fələstin məsələsinin ədalətli və davamlı həlli ilə bağlı Azərbaycanın mövqeyini bölüşdük".

Milli.Az


Etiketlər:  Bayramov Baş Assambleyasının iclasında FOTO


RƏYLƏR