Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2024 21:42
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin çoxqütblü dünya nizamının qurulmasında Qoşulmama Hərəkatının nüfuzlu rolunu qeyd edib.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində baş tutan Qoşulmama Hərəkatına üzv ölkələrin nazirlərinin görüşünün yekunlarına dair məlumatında deyilir.
Sergey Verşinin çıxışında beynəlxalq münasibətlərin çoxqütblü sisteminin qurulmasında bu təmsilçi strukturun mühüm rolu sayəsində Hərəkatın qlobal miqyasda nüfuzunun əhəmiyyətli dərəcədə artdığını qeyd edib.
Görüşdə nazir müavini Rusiyanın Fələstin-İsrail münaqişəsinin həllinə dair prinsipial yanaşmalarını açıqlayıb, həmçinin Rusiya tərəfinin Qoşulmama Hərəkatı ilə, o cümlədən BMT-də qarşılıqlı fəaliyyəti daha da gücləndirməyə sadiqliyini təsdiqləyib.
Qeyd edək ki, Rusiya Qoşulmama Hərəkatında müşahidəçi statusuna malikdir. 2019-cu ildən Qoşulmama Hərəkatına üzv ölkələrin yekdil qərarına əsasən Azərbaycan üç il müddətinə bu quruma sədrlik etməyə başlayıb. 2022-ci ildə üzv ölkələrin yekdil qərarı ilə ölkəmizin Qoşulmama Hərəkatına sədrlik müddəti daha bir il uzadılıb.
Prezident İlham Əliyev Bakıda keçirilmiş "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib ki, rəsmi Bakı Qoşulmama Hərəkatına sədrlik etdiyi dörd il ərzində təşkilat daxilində çox səmimi ab-hava yaradıb.