Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya ordusunda bu şəxslər xidmət göstərməməlidir

Rusiya ordusunda bu şəxslər xidmət göstərməməlidir

Tarix: 26 Sentyabr 2024 07:58

Rusiya Federasiya Şurası hərbi xidmət müqaviləsi bağlamış təqsirləndirilən şəxslərin məhkəmə mərhələsində məsuliyyətdən azad edilməsi haqqında qanunları təsdiqləyib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə yeni qanunu şərh edərkən rusiyalı politoloq İqor Korotçenko bildirib.

O əmin olduğunu bildirib ki, istisna hallarda yeni qanun bəzi şəxslərə aid edilməməlidir:

"Bu qanun layihəsi Rusiyanın müdafiə qabiliyyətinə və milli təhlükəsizliyinə, nazirlik və idarələrinin yüksək vəzifəli şəxsləri arasından korrupsiya, oğurluq və rüşvətxorluq ittihamı ilə artıq həbs edilmiş və gələcəkdə həbs olunacaq şəxslərə, habelə onlara ziyan vurmuş şəxslərə şamil edilməməlidir.

Və belə cinayət işlərinin yenidən təsnifləşdirilməsi yuxarıda adları çəkilən şəxslər üçün dövlətə xəyanət maddəsi ilə zəruridir".

Milli.Az


Etiketlər:  Rusiya ordusunda şəxslər xidmət göstərməməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ