Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lazer korreksiyası insan bədəni üçün zərərlidir? - Nazirlik rəsmisi DANIŞDI

Lazer korreksiyası insan bədəni üçün zərərlidir? - Nazirlik rəsmisi DANIŞDI

Tarix: 26 Sentyabr 2024 08:12

"Lazer korreksiyası üsulunun bədənin reproduktiv funksiyasına təsir göstərməsinə dair məşhur mif öz təsdiqini tapmayıb".

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" səhifəsində nazirliyin mütəxəssis-eksperti, oftalmoloq İmran Carullazadə açıqlayıb.

Onun sözlərinə görə, lazer korreksiyası çox mühüm ixtiradır:

"Elə hesab edin ki, eynəklər birbaşa gözlərinizə quraşdırılır. Bu, eynəkdən xilas olmaq üçün sürətli, ağrısız və ən əsası yüksəkkeyfiyyətli bir üsuldur. Təbii ki, burada məhdudiyyətlər də var".

Mütəxəssis-ekspert bildirib ki, göstəriciləriniz yüksəkdirsə, məsələn, mənfi və ya müsbət 8-9, həmçinin yaşınız 40-50-dən yuxarıdırsa və buna əlavə olaraq buynuz qişanın incəlməsi müşahidə olunursa, görmə qabiliyyətini yaxşılaşdırmaq üçün digər eyni dərəcədə effektiv cərrahi üsullara müraciət etmək daha yaxşıdır:

"Məsələn, yaxşı olar ki, göziçi linzalar qoyulsun. Bu da tez başa gələn və ağrısız bir prosedurdur, bir az lazer korreksiyasına bənzəyir", - deyə mütəxəssis qeyd edib.

Milli.Az


Etiketlər:  Lazer korreksiyası insan bədəni üçün zərərlidir Nazirlik rəsmisi DANIŞDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ