Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2024 16:15
Keyfiyyətli diş pastası seçmək sağlam və gözəl dişlərə doğru ilk addımdır. Diş pastası alarkən diqqət etməli olduğunuz əsas şey tərkibindəki flüordur.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, flüor diş çürüməsinə səbəb olan bakteriyalarla mübarizə aparmağa kömək edir və diş minasını gücləndirir.
Stomatoloqlar böyüklərə 1350-1500 ppm flüorid tərkibli diş pastalarından istifadə etməyi tövsiyə edir. Bu, qablaşdırmada axtarmalı olduğunuz yazıdır.
1000 ppm və ya daha çox dəyəri olan diş pastası uşaqlar üçün uyğun hesab olunur.
Lakin bu zaman fırçanın üzərindəki diş məcununun miqdarının noxud ölçüsünü keçməməsini təmin etmək lazımdır.
Stomatoloqlar flüorlu diş pastalarından istifadəni kariyesdən qorunmaq üçün təsirli üsul hesab edirlər.
Bundan əlavə, diş pastalarında digər faydalı maddələr ola bilər.