Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İspaniya Meksikaya nota verdi

İspaniya Meksikaya  nota verdi

Tarix: 28 Sentyabr 2024 10:32

Madrid Mexikoya şifahi nota göndərib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, buna səbəb Meksikanın İspaniya kralı VI Filippi yeni seçilmiş Prezident Klaudiya Şeynbaumun inaqurasiya mərasiminə dəvət etməməsi olub.

Nazirliyin sənədində göstərilir ki, monarx dövlət başçısıdır və beynəlxalq münasibətlərdə İspaniya dövlətinin ən yüksək səviyyədə təmsilçiliyini həyata keçirir.

Xarici İşlər Nazirliyi xatırladıb ki, VI Filipp bundan əvvəl Meksikanın digər liderlərinin inaqurasiyalarında iştirak edib. Notada, həmçinin, qeyd olunur ki, Şeynbaumun inaqurasiya mərasimində İspaniya dövlət başçısı ilə təmsil olunmalıdır və qardaş xalqların rifahı naminə irəliləmək üçün qarşılıqlı iradə nümayiş etdirməlidir.

Bildirilir ki, nota XİN-in krallığın paytaxtındakı baş qərargahına çağırılan Meksikanın Madriddəki səfirinə təqdim edilib. Bundan başqa, İspaniyanın Mexikodakı diplomatik missiyasının rəhbəri Latın Amerikası ölkəsinin xarici siyasət idarəsinə baş çəkərək mesajı şəxsən çatdırıb.

Xatırladaq ki, sentyabrın 25-də Krallığın Xarici İşlər Nazirliyi kral VI Filippin Şeynbaumun inaqurasiya mərasiminə dəvət edilməməsi qərarını tənqid edib. Madrid bu mövqeyi qəbuledilməz hesab edib və İspaniyanın hər hansı bir səviyyədə mərasimdə iştirak etməyəcəyini bəyan edib.

Bunun ardınca Şeynbaum VI Filippi dəvət etməməsini 2019-cu ildə Meksika lideri Andres Manuel Lopez Obradorun göndərdiyi məktuba İspaniya monarxının cavab verməməsi ilə izah edib, hansı ki, bu məktubda o, 500 il əvvəl ABŞ-ni fəth etdiyinə görə Madridi rəsmi şəkildə üzr istəməyə dəvət etmişdi.

Milli.Az


Etiketlər:  İspaniya Meksikaya nota verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ