Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şerlok Holms'' infarkt keçirdi - FOTO

''Şerlok Holms'' infarkt keçirdi - FOTO

Tarix: 1 Oktyabr 2024 18:44

Artur Konan Doylun əsərləri əsasında rejissor İqor Maslennikovun çəkdiyi "Şerlok Holms və Doktor Uotsonun sərgüzəştləri" serialında "Şerlok Holms" obrazı ilə tanınan aktyor və rejissor Vasili Livanov infarkt keçirərək xəstəxanaya aparılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb. Bildirilib ki, 89 yaşlı aktyorun vəziyyəti ağırdır. O, əməliyyat edilib.

Qeyd edək ki, Livanov bu ilin aprelində də xəstəxanaya yerləşdirilmişdi.

O, Vladimir Bortkonun "Ustad və Marqarita" serialındakı "Doktor Stravinski" rolu ilə də tanınır. Aktyor məşhur sovet cizgi seriallarında "Timsah Gena" və "Karlson"u səsləndirib.

Milli.Az


Etiketlər:  Şerlok Holms infarkt keçirdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ